Kabildə Əfqanıstan Xarici İşlər Nazirliyinin (XİN) binasının girişi yaxınlığında partlayış baş verib.
Bu barədə Əfqanıstanın Ariana News telekanalı məlumat yayıb.
Hadisə Bakı vaxtı ilə saat 14:40 radələrində baş verib. Rəsmilər hələlik hadisə ilə bağlı şərh verməyiblər.
Eyni zamanda, hadisə yerində atəş səslərinin eşidildiyi bildirilir. Məlumata görə, ölənlər var.