Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Ermənistan bununla bağlı Azərbaycanla danışıqlar aparır" - Sarkisyan

Tarix :
"Ermənistan bununla bağlı Azərbaycanla danışıqlar aparır" - Sarkisyan

Ötən ilin sentyabr ayında baş verən qarşıdurma zamanı 224 erməni hərbçisi ölüb. 
Bu barədə yanvarın 11-də jurnalistlərə müsahibəsində Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan deyib.
O, həmçinin üç hərbçinin itkin düşdüyünü bildirib. 
Sarkisyanın sözlərinə görə, onların dəqiq yerlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır: "Azərbaycan tərəfi ilə danışıqlarla həlak olan hərbçilərimizin cəsədlərini çıxarmağa çalışırıq".