Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

13734 manat aliment borcunu ödəməyən kişi həbs olundu

Tarix :
13734 manat aliment borcunu ödəməyən kişi həbs olundu


Bakıda aliment borcunu ödəməyən kişi həbs olunub.
1984-cü il təvəllüdlü Tural Şahmarovun barəsində Cinayət Məcəlləsinin 306.1-ci ( Məhkəmənin hökmünü, qərarını və yaxud digər aktını icra keçirməmə) maddəsi ilə iş başlanılıb. İşə Sabunçu Rayon Məhkəməsində baxılıb.
Məlum olub ki, Tural Şahmarov zərərçəkmiş şəxs Pərvanə Qaçayeva ilə 2006-cı ildə ailə həyatı qurub. Birgə yaşadıqlaı dövrdə nikahlarından 2 övladları dünyaya gəlib. Yaranan ailədaxili problemlərə görə 2013-cü ildə valideynlər boşanıb və məhkəmə hər uşağa 110 manat olmaqla, ümumənə 220 manat aliment təyin edib.
Tural bu ödənişi tam ödəmədiyindən Pəravə yenidən məhkəməyə müraciət edib. Məhkəmə ödəniləcək məbləğin miqarını artıraraq 154 manat, ümumən 308 manat təyin edib. Lakin o bu məbləği də ödəmədiyindən 2021-ci ildə haqqında inzibati protokol tərtib edilərək 10 gün müddətət azadlıqda məhrum olunub. Bundan əlavə, 500 manat məbləğində inzibati cərimə edlib və ölkəən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Yığılan borcun ümumi məbləği 13734 manat olduğu müəyyən edilib.
Sabunçu Rayon Məhkəməsinin hökmünə əsasən, Tural Şahmarov 3 il müddətinə azadlıqdan məhrum edilib.