Prokurorluq orqanlarında 85 qadın əməkdaş çalışır.
Bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində deyib.
Kamran Əliyev bildirib ki, onlardan 56-sı 2002-2019-cu illər ərzində keçirilmiş 21 müsabiqə nəticəsində, 29-u isə 2020-2022-ci illər ərzində keçirilmiş müsabiqələr nəticəsində işə qəbul olunub:
"Müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslərin 8,7 faizini qadınlar təşkil edir. Hazırda rəhbər vəzifədə işləyən 9 qadın işçidən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1 şöbə rəisi, 1 Bakı şəhər prokurorunun böyük köməkçisi, 2 rayon prokuroru, 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir.