Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyada daha bir hərbi komissarlıq binası yandırıldı

Tarix :
Rusiyada daha bir hərbi komissarlıq binası yandırıldı

Rusiyanın Amur vilayətində naməlum şəxslər hərbi komissarlığın binasını yandırıb. 
Rusiya KİV-lərin verdiyi xəbərə görə, hadisə yanvarın 11-də səhər tezdən  Mağdağaçı kəndinin ərazisində baş verib. Kimliyi dəqiqləşməyən şəxslər binaya "Molotov kokteyli" atıblar. 
Hadisə yerinə gedən yanğınsöndürənlər binaya yayılan yanğını söndürüblər.
Hüquq-mühafizə orqanları yanğın törədənlərin şəxsiyyətini müəyyənləşdirir.