Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Braziliyada eks-nazir barəsində həbs qərarı çıxarıldı

Tarix :
Braziliyada eks-nazir barəsində həbs qərarı çıxarıldı

Braziliyada keçmiş ədliyyə naziri və Braziliya Federal Dairəsinin keçmiş təhlükəsizlik naziri Anderson Torresin konqresə basqındakı “səhlənkarlığına” görə həbs qərarı çıxarılıb.
Xarici KİV xəbər verir ki hakim Alexandre de Moraes, keçmiş prezident Jair Bolsonaronun tərəfdarlarının Konqresə, Prezident Sarayına və Ali Məhkəməyə yanvarın 8-də keçirdiyi reyddə Torresi paytaxtın təhlükəsizlik naziri vəzifəsini yerinə yetirməməkdə günahlandırıb.
Hakim Moraes Torresin nəzarətə götürüldüyünü açıqlayıb.
Bildirilib ki, ona qarşı irəli sürülən ittihamları rədd edən Torres ötən həftə ABŞ-a istirahətə gedib və ölkəyə qayıdacağı tarix məlum deyil. İstintaq çərçivəsində polis qrupları Torresin Braziliyadakı evində axtarış aparıb.