Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Paşinyan yalan danışır - Erməni deputat

Tarix :
Paşinyan yalan danışır - Erməni deputat

Ermənistan parlamentinin deputatı, insan haqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Taquhi Tovmasyan baş nazir Nikol Paşinyanı xalqı aldatmaqda ittiham edib. 
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, deputat dünənki mətbuat konfransı zamanı Paşinyanın itkin düşən hərbçilərlə bağlı yalan danışdığını söyləyib. 
O bildirib ki, 44 günlük müharibədə itkin düşənlərin - hələ də tapılmayan təxminən 200 hərbçinin axtarışları ötən ilin yanvarından dayanıb. 
"Paşinyan təəssüf ki, hər şeylə məşğul olduğu barədə rəy yaratmaq istəyir", - erməni deputat şikayətlənib. 
Qeyd edək ki, Ermənistan baş naziri dünənki mətbuat konfransında itkin düşən hərbçilərlə bağlı suala cavabında axtarışların davam etdirildiyini bildirmişdi.