Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bu gün sabitlik və stabillik Azərbaycana hava-su kimi lazımdır... Ölkədəki sabitliyin əksi XAOSDUR... Sabitlik olmadan inkişaf ola bilməz...

Tarix :
Bu  gün sabitlik və stabillik Azərbaycana hava-su kimi lazımdır...   Ölkədəki  sabitliyin  əksi  XAOSDUR... Sabitlik olmadan inkişaf ola bilməz...




Ulu Öndər sabitliyi bərpa edərək, Azərbaycanı ayağa qaldırdı... 

Prezident İlham Əliyev Azərbaycanın dünyadakı layiqli yerini  müəyyən etdi...    

Stabilliklə bağlı əsas mövzuya keçməzdən öncə ölkəmizin yaxın keçmişinə qısa bir ekskurs edək. Orta nəslin yaxşı yadındadır, 1988 – 1993-cü illər. Düz  5-6 il ölkədə siyasi, iqtisadi sabitlik, stabillik dəhşətli dərəcədə pozuldu. Əlinə mikrafon ala bilən qaragüruh liderlər camaatı meydanlara səslədi, zavod, fabriklərdə işlər dayandı, ölkəni tətil dalğası bürüdü. 
Təsəvvür edirsiniz, SSRİ boyda dövlət çökür, hamı  çalışır ki, bu çöküşün altında qalmasın, yaxud az, minimal itkilərlərlə çıxa bilsin... Digər tərəfdən daşnak ermənilər  kəndlərimizi, şəhərlərimizi dağıdır, soydaşlarımızı dədə-baba torpaqlarından qovur... Bizdə isə radikal liderlərin hərəsi başına 5-10 əli silahlı toplayıb, özünü az qala müdafiə naziri kimi aparırdı. 
Yeri gəlmişkən, Qarabağda uğursuzluğumuzun, torpaqlarımızı itirməyin əsas səbəkarları əlbəttə daşnak ermənilər və onlara dəstək verən xarici güclər idi. Amma.. Əmması odur ki, bizim başıpozuq, stabilliyi pozan, ölkəni qarışdıran  siyasi radikallar da ermənilərin dəyirmanına su tökürdülər. Bunu unutmaq olmaz. 
Bəli, ölkədəki sabitliyin, stabilliyin əksi XAOSDUR. Həmin illərdə ölkəmizdə siyaysi, iqtisadi, hərbi xaos hökm sürürdü. Xaos olan yerdə isə  iqtisadi, siyasi, mədəni inkişafdan danışmaq mənasız məsələdir. Həmin illərdəki, infilyasiyanı, ərzaq çatışmazlığını, şörək növbələrini yadınıza salın. Bəli, bu  xaos, qeyri-stabillik 1993-cü ilə qədər, yəni Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər davam elədi. Və biz bir millət, dövlət olaraq o zamanlar çox şeyləri itirdik. 
Onu da qeyd edək ki, beynəlxalq  qurumlar da qeyri-stabil ölkəyə iqtisadi yatırım etmir, investisiya qoymur. Ulu Öndər hakimiyyətə gələn kimi  ölkədəki xaosun qarşısını almağa çalışdı və buna nail oldu. Qanunsuz silahlı dəstələr ləğv olundu, Milli Ordu quruculuğuna başlanıldı, maliyyə sabitliyi yarandı və...ölkə rahat nəfəs almağa başladı. 
Bu prosesi izləyən beynəlxalq şirkətlər “Neft müqaviləsi” bağlamağa başladılar. 
Beləcə xaos içərisində dağılmağa gedən Azərbaycan Respublikası öz siyasi və iqtisadi istiqamətini müəyyən edə bildi. 
Məlumdur ki, siyasi sabitlik, stabil  iqtisadi inkişaf, rifah deməkdir. Sabitlik olmadan buna nail olmaq mümkün deyil. Beləcə,  ötən əsrin sonlarından başlayaraq Azərbaycanda iqtisadi inkişaf başladı. Obrazlı desək, Heydər Əliyev çökmüş Azərbaycanı ayaq üstə qaldıra bildi. Ulu Öndərin siyasi kursunu davam etdirən cənab Prezident İlham Əliyev  Azərbaycanda ciddi siyasi, iqtisadi islahatlara təkan verərək  ölkənin gələcəyini müəyyən etdi. 
Onu xüsusi olaraq qeyd edək ki, cənab İlham Əliyev Azərbaycanın xarici siyasətində  böyük diplomatik uğurlara nail oldu. Cənab Prezident bizə düşmən olan ölkələri ən azı neytrallaşdıra bildi. Digər tərəfdən cənab Ali Baş Komandan İlham Əliyev Milli Ordunun ən müasir silahlarla təchiz olunmasına, ordunun hərbi qüdrətinin artmasına nail oldu. 
Bütün bunlar hamısı siyasi stabilliyin, sabitliyin hesabına əldə edildi. Ölkəmizdə nəhəng quruculuq işlərinə start verildi, zavodlar, fabriklər işə düşdü, dünya standartlarına cavab verən yollar salındı, nəhəng infrastruktur yaradıldı, nəinki böyük şəhərlərimiz, hətta rayon mərkəzləri tanınmaz dərəcədə dəyişdi. 
Uzun illər tənəzzülə məruz qalmış, kənd təsərüfatı, aqrar sahədə dinamik inkişafa nail olundu. Azərbaycan dövləti öz gələcək kadr korpusunu yeniləmək üçün məşhur universitetlərə dövlət hesabına tələbələr göndərdi. Bunlar ölkəmizin gələcək mütəxəssisləridir. 
Digər bir vacib məqamı da qeyd edək. 80-ci illərdə ermənilərlə münaqişə başlayanda bir ölkədə bizim diasporamız yox idi, ancaq ermənilərin hətta ən uzaq ölkələrdə belə diasporası var idi. Bizim son  20-25 ildə  xarici ölkələrdə formalaşan milli diasporamız  sözün həqiqi mənasında  böyük uğurdur. 
Cənab Prezidentin bir başa təşəbbüsü ilə idman sahəsində əldə etdiyimiz uğurlar da qeyd olunmalıdır. Bəli, bu gün Azərbaycan gəncləri tez-tez beynəlxalq yarışlarda  Azərbaycan bayrağını dalğalandırır. Bəli, bu gün idman artıq siyasətin davamına çevrilib və ölkəmizin tanınmasında böyük rol oynayır. Heydər Əliyev Fondunun rəhbəri, birinci Vitse Prezident Mehriban xanım Əliyevanın ölkəmizin təbliğində, təhsil sahəsində  gördüyü işlər əsl intibahdan xəbər verir. 
Qarabağ savaşında əldə etdiyimiz Böyük ZƏFƏR isə Azərbaycanı dünyanın gözündə dəfələrlə böyütdü. Bir məsələni xüsusi olaraq qeyd etməliyik. 
Uzun illər davam edən bu çətin siyasi proseslərdə ölkənin hüquq-mühafizə orqanları, güc stukturları yolrulmadan çalışdılar. Xalqımız seçkilərdə cənab Prezidentimizin arxasında dağ kimi dayandılar.  
Sual oluna bilər ki, biz bir millət və dövlət olaraq bunlara necə nail olduq ? Bu sualın birmənalı cavabı budur: Sabitliyin və stabilliyin hesabına. Sonda onu qeyd edək ki, bu gün sabitlik və stabillik inkişaf etmək istəyən ölkələrə, eləcədə Azərbaycana hava-su kimi lazımdır.
                                                                   Yeniekinçi.az Siyasət şöbəsi