Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Onun özü 86 min dəfə ərə gedib, boşanıb”

Tarix :
“Onun özü 86 min dəfə ərə gedib, boşanıb”

“Atamın böyük arzuları var idi. Şeirlərindən ibarət bir kitab nəşr etdirmək istəyirdi. Əfsuslar olsun ki, yarımçıq qaldı. Atamın “Bəxt üzüyü” filmində çəkildiyi maşın artıq antik avtomobildir. O şəxsi kolleksiyada saxlanılır, onunla bağlı bir layihə etmək istəyirəm. Təbii ki, hər bir şey maddiyata bağlıdır. Tək əldən səs çıxmır. Bir köməkliklə, təkanla nəsə yaratmaq lazımdır. Çünki o sənətkardır, onu yaşatmaq lazımdır, bu hamımızın borcudur. Rafael Dadaşov tək mənim atam olmayıb axı. Xalqın Rafaeli olub. O eldən getdi, evdən yox. Minlərlə insan onun arxasınca ağladı, göz yaşı tökdü. O, balacadan böyüyə qədər ürəkləri fəth edən Rafael Dadaşov idi”. 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rafael Dadaşovun qızı, tanınmış müğənni Səidə Dadaşova deyib. 
“Bir məsəl var, “düz danışan, düzdə qalır”. Amma ən gözəli hər şeyi düzgün danışmaqdır. Hər zaman sözün düzünü demişəm, açıqsözlü olmuşam. Yalandan rol oynamaq uzaqbaşı iki gün çəkər. Sonra hər şey yavaş-yavaş üzə çıxacaq. Yalan baş alıb gedə bilməz. Başdan ayağa səhv addımlar atan və kinli, küdurətli insanlar düzgünlüyü qəbul edə bilməz. Amma normal düşüncəli insan sözün düzü ilə qəbullanır. Kimsə yalanından qalmırsa, mən niyə düzümdən qalım ki?” deyə müğənni bildirib. 
Səidə Dadaşova bildirib ki, əksər insanlar yaxınlarının pis gününə sevinir. 
“Ümumiyyətlə, insanın xoşbəxtliyi, xoş yaşayışı çox adama qıcıq gəlir. Bilmirəm niyə?! Dırnaqarası insanlar var ki, onlar yazıq adamlardır. Atam belələrinə “nişşasniy” adamlar deyirdi. Elə mən də onları bu cür adlandırıram. Bir insan kiminsə ayrılığına, uğursuz ailə həyatına necə sevinə bilər ki?! Oturub sevinirlər! O vaxt ailə həyatı quranda vaxt qoymuşdular ki, bunlar boşanacaqlar! Sən kimsən axı kiminsə ailə həyatına qarışasan?! Arzuları ürəklərində qaldı. Onu da deyim ki, evliliyimizə vaxt qoyan insan özü bu dəqiqə 86 min dəfə ərə gedib, boşanıb. Toyu oldu, bir-iki ay sonra ayrıldı. Ona görə deyiblər ki, heç kimin həyatına, ailə işlərinə qarışma! Mən əslində belə şeylərə sevinirəm. Demək ki, mən varam ki, haqqımda danışırlar. Mən çox güclü insanam. Nə qədər haqqımda danışacaqlarsa, bir o qədər də mənə güc verəcəklər” deyə müğənni bildirib.