Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Deputatlar Naxçıvanın builki büdcəsindən DANIŞDILAR

Tarix :
Deputatlar Naxçıvanın builki büdcəsindən DANIŞDILAR

“Naxçıvan Muxtar Respublikasının 2023-cü il üçün dövlət büdcəsinin xərcləri 614 milyon 652 min 500 manat müəyyən olunub".
Bunu jurnalistlərə açıqlamasında Ali Məclisin deputatı Ehtimad Məmmədov deyib.
O bildirib ki, bunun 132 milyon 222 min manatı Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri hesabına, 482 milyon 430 min 500 manatı isə Naxçıvana ayrılan dotasiya hesabına tənzimlənəcək.
Digər deputat Anar İbrahimov isə bildirib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ona hədəflənib ki, muxtar respublika dotasiyadan asılı olmasın və mümkün qədər özü özünü maliyyələşdirsin”.