Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Türkiyədə yeni PUA sınaqdan çıxarıldı

Tarix :
Türkiyədə yeni PUA sınaqdan çıxarıldı

Türkiyə şaquli eniş və şaquli uçuş həyata keçirən yeni pilotsuz uçuş aparatını (PUA) sınaqdan keçirib.
"Anadolu" xəbər verir ki, PUA daha əvvəl "Bayraktar"ı buraxan "Baykar" tərəfindən yaradılıb.
Yeni uçuş aparatı uğurla 8 min fut (2438,4 metr) işləmə hündürlüyünə nail olub.
2023-cü ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən qəbul edilməsi planlaşdırılan pilotsuz uçuş aparatı avtonom və yarı avtonom rejimdə uçmaq, eləcə də avtonom havaya qalxıb enmə qabiliyyətinə malikdir.
Yeni PUA Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı olan "TCG Anadolu" desant gəmisində yerləşəcək.
Dron, həmçinin monitorinq və kəşfiyyat toplama işlərini də yerinə yetirmək qabiliyyətinə malikdir.