Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyanın bu ərazisində temperatur - 61 dərəcəyə endi

Tarix :
Rusiyanın bu ərazisində temperatur - 61 dərəcəyə endi

Rusiyada yerləşən Saxa Respublikasının (Yakutiya) ərazisində havanın temperaturu mənfi 61 dərəcəyə qədər enib. 
Rusiya mediası xəbər verir ki, mənfi 61 dərəcə şaxta Jilinda kəndində qeydə alınıb.

Bununla yanaşı, respublikanın 9 rayonunda havanın temperaturu mənfi 45 dərəcəyə çatıb. Yakutiyanın şimal-qərb və şimal-şərq hissələrində isə gecələr mənfi 50 dərəcə müşahidə edilir. 

Yakutiyanın paytaxtı Yakutskda isə temperatur mənfi 42 dərəcə şaxta təşkil etdiyindən orta məktəblərdə təhsil distant formata keçirilib.