Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Məktəblər TikTok, Instagram və Facebook kimi "sosial media" nəhənglərini məhkəməyə verdi

Tarix :
Məktəblər TikTok, Instagram və Facebook kimi "sosial media" nəhənglərini məhkəməyə verdi

ABŞ-da bir çox məktəblər yeniyetmələrə təsir etdikləri üçün sosial media platformalarını məhkəməyə verib.
 
Xarici medianın məlumatına görə, bu platformaların yeniyetmələrdə narahatlıq, depressiya və intihar düşüncələri kimi şeyləri artırdığı iddia edilib.
Artıq həyatın vazkeçilməz hissəsinə çevrilən sosial media platformaları özü ilə bir çox problemləri də gətirir. Çoxsaylı araşdırmalar göstərir ki, bu cür sosial şəbəkələr insanlara psixi sağlamlıqdan tutmuş iqtisadi vəziyyətə qədər müxtəlif mövzularda təsir göstərir.
İndi ABŞ-dakı məktəblərdən bununla bağlı addım atılıb. ABŞ-ın Sietl şəhərindəki məktəblər TikTok, Facebook, Instagram, YouTube və Snapchat kimi sosial media nəhənglərini gənclərə təsirlərinə görə məhkəməyə verib.
91 səhifəlik iddiada bu platformaların ABŞ-da gənclərin “ruhi sağlamlıq böhranı”na səbəb olduğu bildirilib. Məktəblər, texnoloji nəhənglərin sosial medianın asılılıq xüsusiyyətindən istifadə etdiyini, platformaların isə gənclərdə narahatlıq, depressiya və özünə zərər verən düşüncələrə səbəb olduğunu söyləyib.
Bundan əlavə, bildirilib ki, şirkətlərin böyüməsi platformaların istifadəçilərinin psixologiyasından və neyrofiziologiyasından istifadə edərək, onların bu kanallarda daha çox vaxt keçirməsinə şərait yaradan şəkildə dizaynı və idarə olunması ilə bağlıdır.
İddiaçılar 2009-2019-cu illər arasında özlərini “kədərli və ümidsiz” hiss etdiklərini söyləyən tələbələrin sayında 30 faiz artım olduğunu, eyni zamanda platformaların gənclərin “həssas beyinlərindən” yararlandığını qeyd ediblər.
İddia materiallarında o da qeyd olunub ki, 2010-cu ildən bəri uşaqların psixi problemlərlə mübarizə sürəti artıb, intihar 2018-ci ildə gənclər arasında ikinci əsas ölüm səbəbi olub. Məktəbə getmək ehtimalının azalması və maddə istifadəsinin artması kimi bir çox amillərdən də bəhs edilib.