Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Qarlı havada Bakıda baş verən qəzaların sayı AÇIQLANDI

Tarix :
Qarlı havada Bakıda baş verən qəzaların sayı AÇIQLANDI

Bakıda yağan qar səbəbindən iki gündə 50 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, Bakı şəhərində ötən gün 35, bu gün indiki saata qədər isə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Qəzaların hamısı maddi ziyanla yekunlaşıb. Heç bir hadisədə ölüm və xəsarət halı qeydə alınmayıb”, - İdarənin baş inspektoru vurğulayıb.