Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Almaniyada yeni qanun: 5 il yaşayan vətəndaş ola biləcək

Tarix :
Almaniyada yeni qanun: 5 il yaşayan vətəndaş ola biləcək

 Almaniya Daxili İşlər Nazirliyi vətəndaşlığın asanlaşdırılmasına yönəlmiş qanun layihəsini müvafiq nazirliklərə təqdim edib. İkili vətəndaşlıq mümkün olacaq, 5 il yaşayan Almaniya vətəndaşı olmaq mümkün olacaq. 

Bir müddətdir əcnəbilərin vətəndaşlığa qəbulunu asanlaşdırmaq üçün çalışan Almaniya hökuməti qanun layihəsini hazırlayıb. Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan layihə rəy verilməsi üçün aidiyyəti nazirliklərə göndərilib. 

Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) qurduğu hökumətin koalisiya müqaviləsində vətəndaşlıq qanununda islahatların aparılması nəzərdə tutulurdu.