Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Qar Lerikin 45 kəndini işıqsız qoydu

Tarix :
Qar Lerikin 45 kəndini işıqsız qoydu

Qarlı hava şəraiti ilə əlaqədar olaraq Lerikin 45 yaşayış məntəqəsi işıqsız qalıb. 
Bu barədə Lerik Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Vüqar Mirzəyev bildirib.  
"Dünən axşamdan başlayaraq Lerikə güclü qar yağıb. Qarın hündürlüyü rayonun mərkəzində 20 sm, kəndlərdə 35 sm-dir. Qar əsasən rayonun elektrik təsərrüfatına ziyan vurub. Dünən gecə 32 kənddə, bu gün səhər verilən məlumata görə isə 45 kənddə elektrik enerjisinin verilişində müəyyən məhdudiyyətlər olub”,- deyə o bildirib.  
V.Mirzəyev qeyd edib ki, hazırda kəndlərdə elektrik enerjisi verilişinin bərpası üçün işlər aparılır.