Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanda donuz qripi aşkarlanıb? - AÇIQLAMA

Tarix :
Azərbaycanda donuz qripi aşkarlanıb? - AÇIQLAMA

Bu mövsümdə indiyənədək Azərbaycanda donuz qripi virusu aşkarlanmayıb.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, son günlər əhali arasında hərarət, baş ağrıları, ümimi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və ya tutulması kimi və s. əlamətlərlə müşayət olunan çoxsaylı xəstələnmə hallarına rast gəlinir: "Bildiyimiz kimi, müxtəlif ölkələrdə, o cümlədən qonşu ölkələrdə qripin H1N1variantı (donuz qripi) yayılmaqdadır. Ölkəmizdə də epidemioloji vəziyyət diqqətlə izlənir. Belə ki, bu mövsümdə indiyənədək ölkə ərazisində donuz qripi virusu aşkarlanmayıb".