Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakıda hoteldə transgenderləri döydülər

Tarix :
Bakıda hoteldə transgenderləri döydülər

Bakıda hotellərdən birində insident baş verib.

 Badamdar qəsəbəsində yerləşən "AEF” hoteldə cinsi azlıq nümayəndəsi (transgender) olan iki gənc döyülüb.

Belə ki, hotelə dəvət edilən 2005-ci il təvəllüdlü S.A. və 2003-cü il təvəllüdlü S.Ş. görüşdükləri şəxslərin hücumuna məruz qalıb. Müxtəlif dərəcəli xəsarətlər alan şəxslər üzləşdikləri hadisə barədə polisə məlumat veriblər. Onlar daha sonra 41-ci Polis Bölməsinə gedərək şikayət ərizəsi yazıblar.

İlkin araşdırmalardan sonra cinsi azlıq nümayəndələrini döyən şəxslərin Qazaxıstan vətəndaşı, 1993-cü il təvəllüdlü N.Zakirov və Gəncə sakini, 1996-cı il təvəllüdlü A.Həbillahov olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.