Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Taksi qiymətləri artdı: 3 manatlıq yol üçün 14 manat...

Tarix :
Taksi qiymətləri artdı: 3 manatlıq yol üçün 14 manat...

Bakıya yağan güclü qar səbəbi ilə bir çox şəxs avtomobilini yola çıxarmaq istəmədiyindən taksilərə təlabat artıb. Bəzi taksi sürücüləri isə bundan istifadə edərək qiymətləri 3-4 dəfə qaldrıblar. Taksi sürücüləri artımın özünəməxsus səbəblərinin olduğunu bildirib. Süni qiymət artımı müştərilər tərəfindən birmənalı qarşılanmayıb. 
Bir neçə gün əvvəl Yeni Yasamal ərazisindən Nərimanov metrosuna şirkətlər 2-3 manat qiymət təklif edirdisə, bu səhər gediş haqqı 14 manat 20 qəpik olub.
Qeyd edək ki, ötən gecədən etibarən Bakıda və Abşeron yarımadasında qar yağır. Bu gün havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək.