Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Pakistan Əfqanıstan vətəndaşlarını həbsdən azad etdi

Tarix :
Pakistan Əfqanıstan vətəndaşlarını həbsdən azad etdi

Pakistanın hakimiyyət orqanları 520-dən çox Əfqanıstan vətəndaşını həbsxanalardan buraxıb.
Xarici mətbuat xəbər verir ki, bu barədə Əfqanıstanın Pakistandakı səfirliyi məlumat yayıb.
“Əfqanıstanın İslamabaddakı səfirliyinin və Kəraçidəki baş konsulluğunun səyləri nəticəsində şənbə günü 54-ü qadın və 97-si uşaq olmaqla, 524 əfqan həbsxanalardan azad edilib”, - səfirliyin bəyanatında qeyd olunub.
Məlumatda o da bildirilib ki, məhbusların bütün nəqliyyat, yemək və geyim xərcləri Əfqanıstanın səfirliyi və konsulluğu tərəfindən ödənilir.