Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Messi bu rekordu da qırdı

Tarix :
Messi bu rekordu da qırdı

Argentina millisinin və “PSJ”nin hücumçusu Lionel Messi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən ilin oyun qurucusu seçilib.
Xarici KİV bildirir ki, 2022-ci ilin dünya çempionu artıq bu nominasiyada mütləq rekorda çevrilən 5-ci mükafatı alıb. Bundan əvvəlki nailiyyət 2007-2011-ci illər arasında mükafatlar qazanan Xaviyə məxsus idi.
Lionel Messi 170 xalla mükafata layiq görülüb ki, bu da “Real Madrid”in xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçdən 55, 2020 və 2021-ci illərdə bu mükafatı qazanan belçikalı Kevin De Bruynedən 130 xal çoxdur.