Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2 qadını vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.