Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Qətiyyən qısqanc olmamışam“ - Müğənnilərin söz davası

Tarix :
“Qətiyyən qısqanc olmamışam“ - Müğənnilərin söz davası

Əməkdar artist Rühəngiz Musəvi həmkarı Əməkdar artist Bəsti Bəkirovanın ərindən söz açıb. 
Bizim.media xəbər verir ki, sənətçi bu haqda "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb. 
Proqramın aparıcısı Elgiz Əkbər Bəsti Bəkirovaya "Ərinizə gün verib, işıq verməmisiniz. Dəhşət qısqanc olmusunuz" sözlərini ünvanlayıb.
Bəsti isə Elgizə cavab olaraq "Qətiyyən qısqanc olmamışam. Bu haqda isə Rühəngiz xanım ətraflı danışa bilər" sözlərini dilə gətirib. 
Bəkirovanın bu fikirlərini Musəvi deyib: "Ailə həyatı qurmazdan əvvəl Bəsti xanımı tanıyıram. Əri çox qısqanc olub. Qısqanclığına görə illərlə qoymayıb ki, Bəsti xanım efirlərə çıxsın".  
Daha sonra Bəsti qısqanclıq mövzusuna "Heç zaman ərimi qısqanmamışam. Necə olur ki, o aylarla Nabranda qalır işləyir, mən isə Bakıda. Qısqanclıq hiss mənə yaddır. Qısqanmaq nəyə lazımdır. Oğlumu da gəlnimə qısqanmıram. Oğlumla gəlinimi mehriban görəndə özümü xoşbəxt hiss edirəm. O qədər sevinirəm ki... İnanın! Ümumiyyətlə qısqanclıq hissinin nə olduğunu bilmirəm" ifadələri ilə nöqtə qoyub. 
Qeyd edək ki, Bəsti Bəkirova aylar əvvəl sözügedən verilişdə qonaq olduğu zaman həyat yoldaşı DYP-in keçmiş əməkdaşı olduğunu və Nabranda istirahət mərkəzlərinin olmasını açıqlayıb. Cütlüyün bu nikahdan 2 oğlan övladı var.