Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

ABŞ Konqresinin Nümayəndələr Palatasına yeni sədr seçildi

Tarix :
ABŞ Konqresinin Nümayəndələr Palatasına yeni sədr seçildi

Respublikaçılar Partiyasının nümayəndəsi Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni spikeri seçilib.
Səsvermə “CNN” telekanalında canlı yayımlanıb.
Səsvermənin nəticələrinə görə, Makkarti 216 konqresmendən dəstək alıb, onun əsas rəqibi demokrat Hakim Cefris isə 211 səs toplayıb. Palatanın altı üzvü səsvermədə bitərəf qalıb.
Qeyd edək ki, hələ yanvarın 3-də ABŞ Konqresinin Nümayəndələr Palatasında səsvermənin birinci turu keçirilib. Ancaq 100 ildə ilk dəfə olaraq spiker seçilməyib. K.Makkarti isə səsvermələrin 15-ci turunda buna nail olub.