Rusiya qoşunları UkraynaSilahlı Qüvvələrin aktiv irəliləməsi ilə əlaqədar Xerson vilayətində Dnepr çayının sol sahilində müdafiə xətləri qurur.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, Qornostaivka ərazisində mühəndis-istehkamçılar sahil xəttini minalayır, öz qoşunlarının sağ sahildən potensial geri çəkilməsi üçün kiçik keçidlər buraxırlar.
Bununla yanaşı, ruslar tərəfindən müvəqqəti işğal olunmuş Xersondan yerli sakinlərin “evakuasiya” tədbirləri davam etdirilir.