Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Nehrəmdə gənc oğlan qətlə YETİRİLDİ - YENİLƏNİB

Tarix :
Nehrəmdə gənc oğlan qətlə YETİRİLDİ - YENİLƏNİB

Yanvarın 6-da saat 17 radələrində Naxçıvan MR Babək rayonunun Nehrəm qəsəbəsində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Azərbaycan Respublikası DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 2005-ci il təvəllüdlü Rəhman Süleymanov saxlanılaraq istintaqa təhvil verilib.
Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırmalar davam etdirilir.
20:07
Naxçıvanın Babək rayonunun Nehrəm kəndində gənc oğlan qətlə yetirilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, yanvarın 6-sı Naxçıvanın Babək rayonunun Nehrəm kəndi ərazisində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Araşdırma zamanı zərərçəkmişin 2005-ci il təvəllüdlü həmkəndlisi Rəhman Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rəhman Süleymanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.