Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Lotu Quli”nin yaxını kimi tanınan kriminal avtoritetdən XƏBƏR VAR - FOTO

Tarix :
“Lotu Quli”nin yaxını kimi tanınan kriminal avtoritetdən XƏBƏR VAR - FOTO

“Arman Dikiy” kimi tanınan kriminal avtoritet Arman Cumageldiyevin həbs müddəti uzadılıb.
 
“Qafqazinfo” xəbər verir ki, kriminal avtoritetin həbs müddəti cari ilin martın 7-nə qədər uzadılıb.
Xatırladaq ki, Cumageldiyev ötən il yanvarın 7-si Qazaxıstanın Almatı şəhərində xüsusi əməliyyat nəticəsində saxlanılıb. Bu zaman onunla yanaşı 5 nəfərdən ibarət cinayətkar qruplaşmanın üzvləri də saxlanılıb. Onun yanvar iğtişaşları zamanı Qazaxıstana getdiyi, burada sözügedən qruplaşma ilə Almatı sakinlərini qaçıraraq zorakılığa məruz qoyduqları barədə məlumat yayılıb.
Qeyd edək ki, “Arman Dikiy” kimi tanınan kriminal avtoritet Arman Cumageldiyev mərhum qanuni oğru “Lotu Quli”nin (Nadir Səlifov) yaxın adamı olub.
“Arman Dikiy”in həbs müddəti uzadıldı