Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Sentyabrda qəzada beli sınan sürücü öldü

Tarix :
Sentyabrda qəzada beli sınan sürücü öldü

Sentyabr ayında yol qəzasında xəsarət alan sürücü ölüb.
Lent.az-ın məlumatına görə, hadisə sentyabrın 19-da Qax rayonunda baş verib. 33 yaşlı Kamalov Kamal Əlyar oğlu rayonun mərkəzi hissəsində avtomobilə idarəetməni itirib. Nəticədə maşın daş hasara çırpılıb.
Yaralı əvvəlcə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Ancaq 107 gün sonra, yanvarın 4-də Kamal Kamalov ölüb. Məlumata görə, qəza zamanı onun beli sınmışdı.
Araşdırma aparılır.