Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

KİV: Sepah etirazçılara təzyiq etməyən bəsic komandirini qətlə yetirib

Tarix :
KİV: Sepah etirazçılara təzyiq etməyən bəsic komandirini qətlə yetirib

İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) üzvü, bəsic komandiri Qasim Fətullahi Sepahın kəşfiyyatı tərəfindən qətlə yetirilib.

Məlumatı "İran İnternational” yayıb.

Məlumata görə, Qasim Fəatullahi İranda keçirilən etiraz aksiyasını dağıtmaqdan, onlara təzyiq etməkdən imtina edib. Bildirilib ki, qvardiya rəhbərliyi onun etirazçılarla əlaqəsi olduğu qənaətinə gəlib. Fətullahinin hərəkətinin Sepah və onun əsas bazası sayılan bəsiclər arasında yayılacağından ehtiyatlanan kəşfiyyat üsyankar üzvünü sıradan çıxarıb. Mütəxəssislər hesab edir ki, Tehran hakimiyyəti bununla hərbi-polis qüvvələri arasında xof yaratmağa çalışır.

Məlumata görə, Fətullahi etirazçılarla "PlayStation” qurğusu vasitəsi ilə təmas qururmuş. Bildirilib ki, ona hücum edən şəxs "PlayStation”u da aparıb.

İnformasiyaya əsasən, etirazçılar əlaqələrini bu qurğu vasitəsi ilə tənzimləyirlər.

"Tasnim” xəbər agentliyi isə Qasim Fətullahi qardaşının evini qarət etməyə cəhd edən silahlı quldur tərəfindən öldürüldüyünü iddia edib. Agentlik bu "sui-qəsd işi”nin istintaqını Tehran kəşfiyyat polisinin apardığını bildirib.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Qvardiyasının üzvünün öldürülməsi ilə bağlı işin Kəşfiyyat İdarəsinə verilməsi qeyri-adi bir hərəkət sayılır və Sepah kəşfiyyatının həqiqəti ört-basdır etmək cəhdi də ola bilər.

Son illərdə İranın Kəşfiyyat Nazirliyinin agentləri tərəfindən törədilən bir çox hökumət sui-qəsdləri faktiki olaraq ört-basdır edilmək və unudulmaq üçün polisin kəşfiyyat idarəsinə verilib.

Qeyd edək ki, "Fars” və "Tasnim” agentlikləri Qasim Fətullahinin yanvarın 3-də Tehranda yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən 4 güllə ilə vurularaq öldürüldüyünə dair məlumat yaymışdı.