Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Səhiyyə sistemi çökdü - Xəstələr otellərə yerləşdirilir

Tarix :
Səhiyyə sistemi çökdü - Xəstələr otellərə yerləşdirilir

Böyük Britaniyanın müxtəlif yerlərindəki xəstəxanalar lazım olan çarpayıları təmizləmək üçün xəstələri "qulluq otellərinə" yerləşdirirlər.
 
Xarici medianın məlumatına görə, İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) hazırda tətillərin nəticələri və şiddətli qrip epidemiyası ilə mübarizə aparır. Həkim tətilləri ilə başlayan və dərman böhranı ilə davam edən səhiyyə sistemi böhranının yeni nöqtəsi artıq xəstəxanalardır.
Xəstəxanalar çarpayıya olan tələbatı azaltmaq üçün xəstələri otelə yerləşdirirlər. Bristol, Şimali Somerset və Cənubi Qlosterşirdəki otellər təcili müalicəyə ehtiyacı olmayan, lakin sosial qayğıya ehtiyacı olan xəstələr üçün istifadə olunur.