Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Android telefonlarında YENİ XÜSUSİYYƏT

Tarix :
Android telefonlarında YENİ XÜSUSİYYƏT

Peyk telefon şirkəti Iridium və çip istehsalçısı Qualcomm tərəfindən elan edilən əməkdaşlıq bu ilin sonuna qədər ən yüksək səviyyəli Android telefonlarına peyk bağlantısı təmin edəcək.
 
Xarici medianın məlumatına görə, peyk bağlantısı ilə telefon siqnalı olmayan yerlərdən fövqəladə hallarda mesaj göndərmək və qəbul etmək mümkün olacaq.
Əksər Android telefonları Qualcomm-un çipləri ilə işləyir.
Apple bu xüsusiyyəti 2022-ci ilin sentyabrında iPhone telefonlarına tətbiq edib.
Bu funksiyanı öz telefonlarına əlavə edib-etməyəcəyinə qərar vermək Android telefon istehsalçılarının ixtiyarında olacaq.
Iridium şirkəti ilk peykini 1997-ci ildə kosmosa çıxararaq ilk peyk telefonunu istifadəyə verib. Şirkət 2019-cu ildə infrastrukturunu 75 yeni peyklə yeniləyib.
Android istifadəçiləri 780 kilometr yüksəklikdəki bu peyklər vasitəsilə dünyanın istənilən nöqtəsindən mesaj göndərə və qəbul edə biləcəklər.
Bu funksiyanın yaxın illərdə planşetlərə, noutbuklara və avtomobillərə əlavə ediləcəyi gözlənilir.
Təxminlərə görə, nə vaxtsa bu funksiya sadəcə təcili mesajlarla məhdudlaşmayacaq, pullu xidmətə çevriləcək.
Peyk vasitəsilə internetə qoşulma sürətli və etibarlı üsul olsa da, fiber kabellərlə qoşulmaqdan baha başa gəlir.
Android telefonlarında bu funksiya bəzi ölkələr tərəfindən məhdudlaşdırıla bilər.
Çünki Çin və Hindistan kimi ölkələrdə peyk telefonlarından istifadə qadağandır.