Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanda hazırda yayılan virusla bağlı rəsmi XƏBƏRDARLIQ

Tarix :
Azərbaycanda hazırda yayılan virusla bağlı rəsmi XƏBƏRDARLIQ

Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir.
Bu barədə trend-in suallarını cavablayərkən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
O qeyd edib ki, qış aylarında sadəcə koronavirus deyil, eyni zamanda artıq Avropada da geniş yayılmaqda olan qrip virusu da özünü göstərir.
"Qripə yoluxan insanlarla COVID-19-a yoluxan insanların sayı eyni nisbətdə görülür. Təbii ki, Azərbaycanda da qızdırma, öskürək, ümumi halsızlıqla bağlı şikayətlər qış aylarında artmağa başlayır və sürətlə yayılır. Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir.
İstənilən halda, həm koronavirusa, həm də qripə qarşı profilaktik tədbirlər və müalicə eynidir. Sadəcə sağlam qidalanaraq, mövsümə uyğun geyinərək, zamanında peyvənd olunaraq virusdan qoruna bilərik. Artıq yoluxan insanlar isə gərəksiz antibiotik və qrip əleyhinə dərmanlardan uzaq durmalıdır", - deyə V.Əliyev əlavə edib.