Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Ukrayna müharibənin həlledici mərhələsinə çatır" - Kuleba

Tarix :
"Ukrayna müharibənin həlledici mərhələsinə çatır" - Kuleba

Ukrayna müharibənin həlledici mərhələsinə qədəm qoyur və onun yeganə məqsədi qələbədir.
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. 
"Yalnız bir məqsəd ola bilər - Ukraynanın qələbəsi. Bu, Avropada sabit və ədalətli sülh və təhlükəsizliyi təmin etməyin yeganə yoludur", - nazir "Facebook"da yazıb.
Kulebanın sözlərinə görə, bu il Ukrayna müttəfiqlərdən 2022-ci ildə əldə edilə bilməyən silahlar alacaq. Nazir bildirib ki, bu məqsədlə Ukrayna prezidenti Volodimir Zelenski dünya liderləri ilə gündəlik danışıqlar aparır və bu müzakirələr zamanı silah tədarükü ilə bağlı bəzi qərarlar qəbul edilir.