Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Biləsuvarda zədələnən qaz xəttinin təmiri sabah bitəcək

Tarix :
Biləsuvarda zədələnən qaz xəttinin təmiri sabah bitəcək

Biləsuvarda traktorla qazıntı işi aparılan zaman zədələnən daşıyıcı qaz xəttinin təmiri sabah günorta saatlarına başa çatdırılacaq.
Bu barədə Biləsuvar Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Açıqlamada deyilir ki, rayonun Xırmandalı kəndi ərazisindən keçən daşıyıcı qaz kəməri vətəndaş tərəfindən traktorla aparılan qazıntı zamanı zədələnib. Nəticədə rayonun Biləsuvar şəhərində 3 min abonentin, Zəhmətabad, Əliabad, Xırmandalı və Bəydili kəndlərinin isə əksər hissəsinə təbii qazın verilişi məcburi dayandırılıb.