Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Şahzadə Harri 25 nəfəri öldürdüyünü etiraf edib

Tarix :
Şahzadə Harri 25 nəfəri öldürdüyünü etiraf edib

Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu şahzadə Harri yanvarın 10-da dərc olunacaq xatirələrində Əfqanıstanda xidməti vəzifəsini yerinə yetirərkən 25 nəfəri qətlə yetirdiyini yazıb.
“The Telegraph” qəzetinin məlumatına görə, Şahzadə Harri 10 yanvarda rəflərdə olacaq “Spare”(Ehtiyat) adlı xatirə kitabında 2007-2008 və 2012-2013-cü illər arasında xidmət etdiyi Əfqanıstanda 25 nəfəri öldürdüyünü yazıb.
O qeyd edib ki, bundan utanmır.
Şahzadə Harri Əfqanıstanda keçirdiyi dövrlə bağlı kitabına daxil etdiyi xatirələrində münaqişənin səs-küy və qarışıqlığında öldürdüyü üsyançıları “yaxşıları öldürmədən aradan qaldırılan bədxahlar” olaraq gördüyünü qeyd edib.