Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Hollandiyada yeni doğulan körpə adları diqqət çəkdi - "Məhəmməd" siyahıda ikincidir

Tarix :
Hollandiyada yeni doğulan körpə adları diqqət çəkdi - "Məhəmməd" siyahıda ikincidir

Hollandiya Sosial Müdafiə İdarəsi (SVB) ölkədə 2022-ci ildə doğulan körpələrə ən çox verilən adların siyahısını açıqlayıb.
Siyahının başında olan bir ad böyük marağa səbəb olub.
Qurumun paylaşdığı məlumatlara görə, ötən il ölkədə 871 yeni doğulan uşağa ən çox qoyulan kişi adı "Nuh" olub.
2022-ci ildə Hollandiyada doğulan 677 qız uşağına ən çox seçilən ad  "Emma" olub.
Fərqli yazılışları ilə birlikdə qiymətləndirildikdə, 671 yeni doğulan oğlana “Məhəmməd” adı verilib. Qeyd edək ki, bu ad siyahıda ikinci yeri tutub.