Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İranın Sistan-Bəlucistan əyalətində yanacaq və çörək qıtlığı yaranıb

Tarix :
İranın Sistan-Bəlucistan əyalətində yanacaq və çörək qıtlığı yaranıb

İranın Sistan-Bəlucistan əyalətində yanacaqdoldurma məntəqələri və çörəkbişirmə sexlərinin qarşısında uzun növbələr yaranıb.
Bu barədə İranşəhrin ölkə parlamentindəki deputatı Əbdül Naser Derəxşən bildirib.
Onun sözlərinə görə, son günlər əyalətin müxtəlif rayon və şəhərlərində çörək və benzin qıtlığı yaranıb: "Bu isə uzun növbələrin yaranmasına səbəb olub”.
Əbdül Naser Derəxşən yanvarın 5-də parlamentdə çıxış edib. O, çörək və benzin çatışmazlığını tənqid edərək bu vəziyyətin insanların təhlükəsizliyini təhdid etdiyini söyləyib.
Deputat əyalətin müxtəlif şəhərlərində çörək və benzin qıtlığının daha da acınacaqlı hal aldığını vurğuayaraq deyib: "Hakimiyyət insanların vaxtını boş yerə sərf etməsinə laqeyd yanaşır”.
Başqa məlumata əsasən, əyalət sakinləri üç saat çörək növbəsində dayanır, yanacaq növbəsi isə üç kilometrə çatır.
Əyalət rəsmiləri isə bunları təkzib ediblər.
Bununla belə əyalətin mərkəzi Zahidan şəhərində Tehran rejiminə qarşı etiraz aksiyaları davam edir./report