Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Telegram"a yeni funksiyalar gəldi

Tarix :
"Telegram"a yeni funksiyalar gəldi

"Telegram" tərtibatçıları messencer üçün növbəti böyük yenilənməni təqdim ediblər. 
“Telegram”ın yeni versiyası özündə bir sıra funksiyalar ilə imkanları birləşdirir. Yenilənmiş "Telegram"ı artıq Android və iOS üçün yükləmək olar. Beləliklə messencerdə istifadəyə verilmiş yeniliklərdən biri də foto və videoları spoiler vasitəsilə gizlətməkdir. Bu cür fotonu və ya videonu əldə etmiş istifadəçi spoilerin altında nəyin olduğunu yalnız faylın üzərinə klikləyəndən sonra biləcək.
Bununla yanaşı istifadəçi bundan sonra müəyyən kateqoriyalı çatlardan (şəxsi çatlar, qruplar və ya kanallar) cihazın daxili yaddaşına yüklənmiş lazımsız faylların hansı müddətdən sonra avtomatik silinməsini təyin edə biləcək. Həmçinin istifadəçi müəyyən çatları istisna olaraq da qeyd edə bilər. Dairəvi formada olan statistika göstəricisi hansı faylların cihaz yaddaşında nə qədər yer tutduqlarını əks etdirəcək. Media, fayllar və musiqi qovluqları isə böyük həcmli faylların silinməsini sürətləndirəcəklər.
Onu da qeyd etmək lazımdır ki, messencerin iOS versiyasında bundan sonra keş həcmi daha sürətlə təyin ediləcək.