Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Tarkanın Yeni il səhnəsini tərk etməsinin səbəbi bəlli oldu

Tarix :
Tarkanın Yeni il səhnəsini tərk etməsinin səbəbi bəlli oldu

Türkiyənin meqastarı Tarkan 2023-cü ili Kiprdə qarşılayıb. Məşhur müğənni yeni ilə 15 dəqiqə qalmış səhnədən enərək hər kəsi təəccübləndirib.
Yeni il konsertindən 9 milyon lirə qazanan Tarkanın “Yeni ilə ailəmlə birlikdə girəcəyəm” dediyi iddia edilir. Minlərlə lirə ödəyərək Tarkanı dinləməyə gələn tamaşaçılar isə məyus olublar.
Tarkanın səhnəni tez tərk etməsinin səbəbi məlum olub. İddiaya görə, meqastar 22:15-23:45 arası üçün hotel rəhbərliyi ilə razılaşıb. Tarkanın 15 dəqiqə və 2023-cü ilə geri sayım üçün hoteldən 3 milyon lirə əlavə ödəniş istədiyi deyilir.
Mənbə: Snob Magazin