Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

BSU-ya 2 yeni prorektor təyin olundu - FOTO

Tarix :
BSU-ya 2 yeni prorektor təyin olundu - FOTO

Bakı Slavyan Universitetinə iki yeni prorektor təyin edilib.
Bu barədə APA-ya Universitetin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova məlumat verib.
O bildirib ki, elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrlə BSU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə Ənvər Məhəmməd oğlu Abbasov təyin olunub.
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Ənvər Məhəmməd oğlu Abbasov 1990-2000-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi katibi,1996-2000-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda Azərbaycan dilinin tədrisi metodikası şöbəsinin müdiri, 2000-cı ildən etibarən Təhsil Problemləri İnstitutunda direktor müavini, 2005-2014-cü illərdə Təhsil Problemləri İnstitutunda direktor müavini, 2016-cı ildən isə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini vəzifəsində çalışıb.

Nazirin digər əmri ilə, Aytən Məhəmməd qızı Bayramova isə BSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
Filologiya elmləri doktoru, dosent Aytən Məhəmməd qızı Bayramova 1996-2004-cü illərdə Azərbaycan Dillər Universitetində (ADU) İngilis dilinin qrammatikası kafedrasının müəllimi, 2004-2011-ci illərdə Tərcümə fakültəsində İngilis dili müəllimi, 2011-ci ildən Təlimdə innovasiyalar kafedrasının müdiri, Təlimdə innovasiyalar kafedrasının professoru vəzifəsində çalışıb.