Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İtaliya şirkəti Rusiyadan qaz alışını dayandırdı

Tarix :
İtaliya şirkəti Rusiyadan qaz alışını dayandırdı

İtaliyanın enerji şirkəti olan "Edison" Rusiyadan qaz alışını dayandırıb.
Bu barədə enerji şirkətinin baş icraçı direktoru Nikola Monti La bildirib.
Onun sözlərinə görə, 2022-ci il dekabrın 31-də başa çatan müqaviləyə görə alışlar dayandırılıb. O qeyd edib ki, italyan şirkətlərinə Rusiya qazını tam əvəz etmək üçün iki-üç il vaxt lazımdır. Həmçinin, İtaliya şirkətləri ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükündə maraqlıdırlar, lakin hələlik ölkədə bunun üçün lazımi reqazlaşdırıcılar yoxdur.
"Bizim paketimiz şaxələndirilmiş və müstəqildir, bu, bizə milli tələbatın 20 faizini təmin etməyə imkan verir, lakin bütün operatorlar indi Rusiya mənbələrini əvəz etməyə çalışırlar", -Monti deyib.