Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ağdaşda tapança ilə gəzən şəxs ələ keçdi - FOTO

Tarix :
Ağdaşda tapança ilə gəzən şəxs ələ keçdi - FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində qanunsuz odlu silah-sursat gəzdirən keçmiş məhkum tutularaq istintaqa təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat zamanı əvvəllər də məhkum olunmuş rayon sakini Ağa Məmmədov saxlanılıb.
Üzərinə keçirilən baxış zamanı ondan “Naqan” markalı tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar edilərək götürülüb. Ağa Məmmədov ifadəsində silah-sursatı bir müddət əvvəl tapdığını və üzərində daşıdığını bildirib. 
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
  • Ağdaşda tapança ilə gəzən şəxs ələ keçdi - FOTO