Qaribaşvili: “Nizamlanma prosesini dəstəkləməkdə davam edirik“

Tarix :
Qaribaşvili: “Nizamlanma prosesini dəstəkləməkdə davam edirik“


"Gürcüstan hökuməti Ermənistan və Azərbaycan arasında nizamlanma prosesini dəstəkləməkdə davam edir".
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib.
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra o bildirib: “Biz regiondakı mövcud vəziyyəti müzakirə edərək Ermənistan və Azərbaycan arasında sülh danışıqları prosesinin başlanmasına dair son razılaşmaya istinad etdik. Bu, şübhəsiz ki, bizə ümid verir. Gürcüstan, mən və hökumətimiz bəyan edirik ki, biz birlikdə başladığımız sülh siyasətini davam etdirməyə tam hazırıq.
Onu da vurğulamaq istəyirəm ki, dinc qonşuluq təşəbbüsü heç bir başqa əməkdaşlıq formatı ilə ziddiyyət təşkil etmir və onu əvəz etmir. Əksinə, bu kömək edəcək və mən inanıram ki, biz birlikdə çox mühüm işlər görəcəyik”.