Blinken Bayramov və Mirzoyanla danışacaq

Tarix :
Blinken Bayramov və Mirzoyanla danışacaq

Yaxın günlərdə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olacaq. 
“Report” xəbər verir ki, bunu Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. 
O bildirib ki, E.Blinken həmçinin Ermənistanın XİN başçısı Ararat Mirzoyanla da danışacaq. 
Qeyd edək ki, tərəflər arasında sonuncu üçtərəfli görüş ötən ilin noyabrında Nyu-Yorkda keçirilib.