Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyada miqrantlarla saxta nikahlar artır – Yeni qanun hazırlandı

Tarix :
Rusiyada miqrantlarla saxta nikahlar artır – Yeni qanun hazırlandı

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) miqrantlarla uydurma nikahların bağlanmasını qadağan edən qanun layihəsi hazırlayıb.
 
TASS xəbər verir ki, DİN-in nümayəndəsi İrina Volk yeni qanun layihəsinin əcnəbilərin uydurma nikahlar və ya atalıq müəyyən etmək yolu ilə Rusiyada miqrant statusu almaq imkanlarını qadağan edəcəyini bildirib. 
 
O qeyd edib ki, hazırda qanun idarələrarası koordinasiya mərhələsindədir. Onun sözlərinə görə, 2022-ci ilin 11 ayı ərzində DİN əvvəllər Rusiya vətəndaşı ilə evlənmiş əcnəbilərin Rusiyada yaşamaq icazəsinin ləğvi ilə bağlı 400-ə yaxın qərar verib. 
 
Mövcud qanunvericiliyə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Rusiya vətəndaşı ilə ən azı 3 il evli olduqda və ya ailədə ümumi uşaq olduqda sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığına qəbul üçün müraciət edə bilər.