Kənd sakini maşını ilə yoxa çıxdı, hamı onu axtarır - FOTO

Tarix :
Kənd sakini maşını ilə yoxa çıxdı, hamı onu axtarır - FOTO

Yevlaxda kişi itkin düşüb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, rayonun Hacıselli kəndində yaşayan 40 yaşlı Rəşad Kərimov ötən ilin dekabr ayının 30-da idarə etdiyi “Niva” markalı avtomobillə yaşadığı ünvanı tərk edərək geri qayıtmayıb.
Onun boyu 172 sm, gözlərini rəngi qəhvəyi, qısa qara saçlı orta bədən quruluşludur. Əynində boz rəngli cins şalvar, göy və ağ rəngli köynək, qara rəngli qısa gödəkçə, ayağında göy rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan Yevlax rayon Polis Şöbəsinin 022-336-45-02 və 050-682-21-02 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.
R. Kərimov ailəlidir, 2 yaşında oğlu var.