Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Almaniya II Dünya Müharibəsindəki ziyana görə Polşa ilə təzminat danışığından imtina edib

Tarix :
Almaniya II Dünya Müharibəsindəki ziyana görə Polşa ilə təzminat danışığından imtina edib

Polşa Xarici İşlər Nazirliyi bildirib ki, Almaniya hökuməti İkinci Dünya Müharibəsi zamanı bu ölkəyə vurduğu ziyana görə Varşava ilə danışıqlar aparmaqdan imtina edən diplomatik nota verib.
 Almaniya Xarici İşlər Nazirliyi Polşanın oktyabrın əvvəlində, dekabrın sonunda göndərdiyi notaya cavab verib.

Varşava sənədi yanvarın 3-də alıb.

Polşa Xarici İşlər Nazirliyi bildirib ki, Almaniya tərəfinin cavabı təzminat məsələsinin bağlandığını və Berlinin bu barədə danışıqlar aparmaq niyyətində olmadığını göstərir.

Lakin Varşava problemin həlli üçün səyləri davam etdirəcəyinə söz verib.

Xatırladaq ki, faşist Almaniyası İkinci Dünya Müharibəsində Polşaya külli miqdarda ziyan vurub, bu ölkənin 6 milyon nəfərdən çox sakini həlak olub. Ölənlərin böyük əksəriyyəti mülki şəxslərdir.