Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Mən ölüm hökmünün bərpasının tərəfdarıyam" - Polşanın baş naziri

Tarix :
"Mən ölüm hökmünün bərpasının tərəfdarıyam" - Polşanın baş naziri

Polşanın baş naziri Mateuş Moravietski ölkəsində ölüm hökmünün bərpasını dəstəklədiyini bildirib.
"Facebook" hesabında vətəndaşların suallarını cavablandıran baş nazir, "Mən ağır cinayətlərə görə ölüm hökmünün bərpasının tərəfdarıyam", - deyib. 
Qeyd edək ki, Polşada ölüm hökmü 1998-ci ildə ləğv edilib. Ən son edam edilən şəxs 1988-ci ilin aprelində bir qadını zorlayıb öldürdüyünə və iki qızını öldürməyə cəhd etdiyinə görə asılmış Anjey Çabanski idi.
Polşada əksər siyasi partiyalar ölüm hökmünün bərpasına qarşı çıxır, lakin hakim Hüquq və Ədalət Partiyasının bəzi üzvləri ölüm hökmünün bərpasının tərəfdarıdır.