Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Yoluxanların sayı açıqlandı

Tarix :
Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 826 462 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 054 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 400 nəfərdir.
Ölkədə son sutka ərzində 973, hazırkı dövrədək isə 7 433 695 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.