Dua Lipanı paylaşan Tatlısəs məsxərəyə qoyuldu - FOTO

Tarix :
Dua Lipanı paylaşan Tatlısəs məsxərəyə qoyuldu - FOTO

3 "Grammy" mükafatı laureatı, dünya şöhrətli britaniyalı müğənni Dua Lipanın fotoşopu İbrahim Tatlısəsin diqqətini çəkib. 
Fotoşopun həqiqi olduğunu düşünən Tatlısəs "Instagram" hekayəsində Lipanın şəklini paylaşaraq, "Cəsur və gözəl qızımıza təşəkkürlər" şərhini yazıb. 
Onun bu paylaşımı qısa zamanda sosial mediada məsxərəyə qoyulub. Lakin çox keçməyib ki, türkiyəli ustad bu fotonun saxta olduğunu öyrənib. Daha sonra o, "Mən  Ajda və Hadisəni tanıyıram. Dua Lipa ilə tanış olmağa vaxtım varmı? Paylaşdığı üçün təşəkkür etdim, niyyətim pis deyil",- deyə lağ edənlərə cavab verib.